Reklam
Vakıf Katılım
Tarih : 2020-05-02 15:07:00

Çində aktiv COVID-19 xəstələrinin sayı 557-yə düşüb

Çində ötən sutka yeni növ koronavirusa (COVID-19) cəmi bir yoluxma faktı qeydə alınıb ki, o da xarici mənşəli yoluxmadır.

Xbr.az Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, ötən sutkada 43 pasiyent sağalaraq, xəstəxananı tərk edib. Bununla da Çinin materik hissəsində aktiv COVID-19 xəstələrinin sayı 557-yə düşüb. Onların 37 nəfərinin vəziyyəti ağırdır.

Qeyd edək ki, ötən ilin dekabrında Hubey vilayətinin Uxan şəhərində aşkarlanan yeni növ koronavirusa indiyədək Çinin materik hissəsində 82 min 875 nəfər yoluxub, 4633 nəfər ölüb, 77 min 685 nəfər sağalıb. Yoluxma hallarının 1671-i xarici mənşəli olub.

Çinin Honkonq xüsusi inzibati bölgəsində indiyədək 1039 yoluxma və 4 ölüm, Makao xüsusi inzibati bölgəsində 45 yoluxma, Tayvan adasında isə 429 yoluxma və 6 ölüm baş verib.

Hibya Xəbər Agentliyi

© Copyright 2024 egitim-ogretim.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.