Reklam
Vakıf Katılım
Tarih : 2020-06-01 08:52:00

Yaponiya hökuməti Kitakyuşuda kütləvi koronavirus yoluxmasından sonra vətəndaşları ehtiyatlı olmağa çağırır

Yaponiya hökuməti Kitakyuşu şəhərində kütləvi koronavirus yoluxmasından sonra vətəndaşları ehtiyatlı olmağa çağırır.

Bu barədə Yaponiyada koronavirusla mübarizəyə cavabdeh olan İqtisadiyyatın Bərpası naziri Nişimura Rasutoşi bəyan edib. Nazir bildirib ki, virusun yoluxması ilə bağlı ilkin mənbələr aşkar olunduğuna görə hökumət təkrar fövqəladə vəziyyət rejimi tətbiq etmək niyyətində deyil.

Bununla yanaşı, nazir qeyd edib ki, hakimiyyət orqanları virusa yoluxanların sayı kəskin artdığına görə vəziyyətin böhran həddinə çatdığını etiraf edir.

Hökumətdəki digər mənbələrin bildirdiyinə görə, koronavirus yoluxmasının digər rayonlarda da artma ehtimalı böyükdür. Buna görə də onlar sakinlərdən ehtiyatlı olmağı, sosial məsafəni gözləməyi və tibbi maskalardan istifadəni davam etdirməyi xahiş edirlər.

Eyni zamanda, qonşuluqda yerləşən Fukuoka və Yamaquçi prefekturalarının sakinlərindən Kitakyuşuya səfərləri təxirə salmaları da xahiş olunur.

Hibya Xəbər Agentliyi

© Copyright 2024 egitim-ogretim.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.