Reklam
Vakıf Katılım
Tarih : 2020-03-02 09:31:00

Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb

1 mart 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Kürdəmir “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Kürdəmir “ASAN xidmət” mərkəzi Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 400-dən çox vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirdə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

Hazırda 17 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 12-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı və Kürdəmirdədir.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.

Hibya Xəbər Agentliyi

© Copyright 2024 egitim-ogretim.com Tüm Hakları Saklıdır.
Web sitemiz Hibya Haber Ajansı Abonesidir.